Azər Nəzərov İİTKM-də sahibkarlar üçün təlim keçib
Dekabrın 19-da Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Azərbaycanın tanınmış PR mütəxəssisi Azər Nəzərov “Rəqəmsal Texnologiyaların PR aləti olaraq istifadə olunması” mövzusunda təlim keçib. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin dəstəyi ilə keçirilən təlimin keçirilməsində əsas məqsəd Azərbaycan sahibkarlarına öz məhsullarının xarici bazarlarda tanıdılması istiqamətində atmalı olduğu addımlar barədə məlumatların təqdim edilməsi olub. […]