“İctimaiyyətlə Əlaqələrin İdarə Olunması” mövzusunda təlim keçirilib
“PreMark” PR və Media məsləhətçilik xidmətinin əməkdaşları Azər Nəzərov və Nuranə Rəhimova 21 yanvar tarixində “Master Pre-School” Proqramı çərçivəsində məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri üçün “İctimaiyyətlə Əlaqələrin İdarə Olunması” mövzusunda təlim keçiblər.
“Edu.Co”nun təşkilatçılığı ilə keçirilən təlimdə PR strategiyaların hazırlanması və Böhran kommunikasiyası kimi mövzulara da yer ayrılıb. İnteraktiv formada keçən təlimin ikinci hissəsi Workshop formatında baş tutub.
Sonda, təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, öyrədilənlərin praktik tətbiqi üçün nümunələr göstərilib.
Qeyd edək ki, PreMark” Media&PR Consulting Service müxtəlif istiqamətli peşəkar PR və Media xidmətləri üzrə ixtisaslaşmışdır. “PreMark”ın hədəfi strateji addımlarla güclü və korporativ brend nüfuzunun yaradılması, həmçinin qorunmasıdır. “PreMark”ın müştəri portfoliyasına etibarlı imicə sahib özəl şirkətlər, media qurumları, hökumət müəssisələri, tibb mərkəzləri, Qeyri Hökumət Təşkilatları və s. daxildir.
No Comments