Kateqoriyasız

Bakıda Realmadrid Sosial Futbol Məktəbinin açılış mərasimi keçirilib

Bakıda Realmadrid Fondunun sosial futbol məktəbinin açılış mərasimi keçirilib. Mərasim Olimpiya Növləri üzrə Milli Komandalar üçün Təlim-Məşq Mərkəzində baş tutub. Tədbirdə Realmadrdid Fondunun nümayəndələri – “Real Madrid” Futbol klubunun elçisi Rikardo Qalleqo və Realmadrid Fondunun Avropa regionu üzrə baş meneceri xanım Elena Fernandez iştirak edib. Mərasimdə iştirak edən Gənclər və İdman Naziri Azad Rəhimov Azərbaycanda […]

Azər Nəzərov PR sahəsində çalışanlar üçün seminar keçib

Martın 10-da PR və Media Kommunikasiya üzrə mütəxəssis, PreMark şirkətinin rəhbəri Azər Nəzərov PR sahəsində çalışan gənclər üçün seminar keçib. Edumap.az Təhsil Portalı və Aminat Language School tərəfindən təşkil olunan seminarda PR və kommunikasiyanın əsasları, böhran kommunikasiyası və strategiyası kimi mövzulara toxunulub.

Azər Nəzərov Radio Antenn FM-də qonaq olub

PreMark rəhbəri, PR və media mütəxəssisi Azər Nəzərov Radio Antenn FM-də “Baş-başa” verilişinin qonağı olub. Veriliş müddətində PR və marketinq sahələrinin oxşar və fərqli cəhətləri müzakirə olunub. Verilişi dinləmək üçün:

Azər Nəzərov İİTKM-də sahibkarlar üçün təlim keçib

Dekabrın 19-da Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Azərbaycanın tanınmış PR mütəxəssisi Azər Nəzərov “Rəqəmsal Texnologiyaların PR aləti olaraq istifadə olunması” mövzusunda təlim keçib. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin dəstəyi ilə keçirilən təlimin keçirilməsində əsas məqsəd Azərbaycan sahibkarlarına öz məhsullarının xarici bazarlarda tanıdılması istiqamətində atmalı olduğu addımlar barədə məlumatların təqdim edilməsi olub. […]

“PreMark” kastinq elan edir

“PreMark”  televiziya və media layihələrində iştirak etmək arzusunda olanlar üçün kastinq elan edir! Kastinqdə iştirak etmək istəyənlər (+994) 77 516 84 04 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Qeyd edək ki, “PreMark” PR & Media Consulting Service müxtəlif istiqamətli peşəkar PR, Media xidmətləri  və layihələri üzrə ixtisaslaşıb.

“Olympic Moves” layihəsinin bağlanış mərasimi keçirilib

Azərbaycan Respublika Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi,  həmçinin Beynəlxalq Olimpiya Komitəsinin ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin birgə təşkilatçılığı ilə həyata keçirilən məktəblilərin ən böyük idman yarışı “Olympic Moves” layihəsi çərçivəsində respublika birinciliyinin final mərhələsinin bağlanış mərasimi keçirilib. Voleybol 2×2, basketbol 3×3, badminton, atletika və velosiped idmanı üzrə yarışlardan ibarət olan layihə […]

“PreMark” təcrübə proqramı elan edir

Gələcək karyerasını PR və Kommunikasiya sahəsi üzərindən başlamaq istəyənlər üçün ödənişsiz təcrübə proqramı! “PreMark” PR & Media Consulting Service PR və Kommunikasiya sahələri üzrə bilik və bacarıqlara yiyələnmək istəyən tələbələr üçün Təcrübə proqramı elan edir. Proqram bol enerjili, məsuliyyətli, öyrənməyə həvəsli, tələbəlik illərini səmərəli keçirmək istəyən gənclər üçün nəzərdə tutulub. Təcrübə proqramına qəbul ediləcək şəxslər: […]