Azər Nəzərov İİTKM-də sahibkarlar üçün təlim keçib

Azər Nəzərov İİTKM-də sahibkarlar üçün təlim keçib

Dekabrın 19-da Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Azərbaycanın tanınmış PR mütəxəssisi Azər Nəzərov “Rəqəmsal Texnologiyaların PR aləti olaraq istifadə olunması” mövzusunda təlim keçib.

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin dəstəyi ilə keçirilən təlimin keçirilməsində əsas məqsəd Azərbaycan sahibkarlarına öz məhsullarının xarici bazarlarda tanıdılması istiqamətində atmalı olduğu addımlar barədə məlumatların təqdim edilməsi olub.

Təlim prosesində rəqəmsal alətlərdən PR aləti olaraq istifadə, rəqəmsal alətlər vasitəsilə bazar analizinin aparılması, rəqəmsal PR strategiyasının hazırlanması, ödənişli vasitələrdən PR aləti olaraq istifadə, rəqəmsal fəaliyyətlərin analizi və hesabatların hazırlanması kimi mövzulara toxunulub.

3M3A6874 3M3A66633M3A6844 3M3A68773M3A6902 3M3A6747

No Comments

Leave a Reply