“PreMark” təcrübə proqramı elan edir
Gələcək karyerasını PR və Kommunikasiya sahəsi üzərindən başlamaq istəyənlər üçün ödənişsiz təcrübə proqramı!
“PreMark” PR & Media Consulting Service PR və Kommunikasiya sahələri üzrə bilik və bacarıqlara yiyələnmək istəyən tələbələr üçün Təcrübə proqramı elan edir.
Proqram bol enerjili, məsuliyyətli, öyrənməyə həvəsli, tələbəlik illərini səmərəli keçirmək istəyən gənclər üçün nəzərdə tutulub.
Təcrübə proqramına qəbul ediləcək şəxslər:
- Kreativ və yenilikçi düşüncəyə sahib olmalı;
- Azərbaycan dilini əla, rus və ya ingilis dillərini ən azı ünsiyyət qura biləcək səviyyədə bilməli;
- Güclü dinləmə və kommunikasiya qurmaq bacarığına malik olmalı;
- Komanda ilə işləməyi sevməli;
- Yazı və redaktə bacarıqlarının inkişafına səy göstərməli;
- Araşdırma, təşkiletmə bacarıqlarına sahib olmalı və ya yiyələnmək üçün səy göstərməlidirlər.
Təcrübə proqramına qəbul edilən gənclər nə qazanacaqlar?
- PR və Kommunikasiya bilikləri ilə bağlı hər şey öyrənəcəklər.
- Proqrama qəbul olunanların yemək xərcləri PreMark tərəfindən qarşılanacaq.
- Təcrübə proqramını uğurla bitirənlər “PreMark”da işlə təmin olunacaqlar.
“PreMark” PR & Media Consulting Service müxtəlif istiqamətli peşəkar PR və Media xidmətləri üzrə ixtisaslaşıb. “PreMark”ın portfoliyasına etibarlı imicə sahib bir çox yerli və beynəlxalq brendlər, özəl şirkətlər, media qurumları, hökumət müəssisələri, tibb mərkəzləri, Qeyri hökumət təşkilatları və s. daxildir.
Təcrübə proqramına müraciət etmək istəyənlər CV və maraq məktublarını 01.05.2017 tarixinə qədər intern@premark.az ünvanına göndərsinlər.
No Comments