GSR.fm-də növbəti təcrübə proqramının birinci mərhələsi yekunlaşıb
GSR.fm – də Multimedia jurnalistikası üzrə təcrübə proqramının birinci mərhələsi yekunlaşıb.
İyulun 25-dən etibarən start götürən təcrübə proqramının birinci hissəsi multimedia üzrə ilkin biliklərin aşılanmasını hədəfləyən 10 günlük sürətləndirilmiş təlim proqramından ibarətdir.
Təlim müddətində iştirakçılar “Media nədir?”, “Multimedia jurnalisti kimdir?”, müsahibə texnikası, araşdırma jurnalistikası, radio, foto, TV jurnalistika, sosial media kimi mövzularla tanış olublar. Təlim proqramını uğurla başa vuran iştirakçılar növbəti mərhələyə – 4 aylıq təcrübə proqramına keçid edəcəklər. Təcrübə proqramı çərçivəsində tələbələr Multimedia – radio, TV, foto, İnternet mediası sahələri üzrə praktik və real iş mühitində çalışaraq bilik və bacarıqlarını artıracaqlar.
Qeyd edək ki, GSR.fm 5 ildir davamlı olaraq peşəkar media bacarıqlarına yiyələnmək istəyən gənclər üçün təcrübə proqramları təşkil edir. Proqram iştirakçıları bu müddətdə redaksiya mühitində çalışaraq, peşəkar multimedia jurnalistikasını öyrənir, real materiallar – reportaj, canlı yayımlar və s. ilə biliklərini təkmilləşdirirlər. Təcrübə proqramını uğurla bitirən iştirakçılar müxtəlif media qurumlarında fəaliyyətlərini davam etdirə bilmək üçün tövsiyə məktubu əldə edirlər.
GSR.fm “PreMark” Media və PR Konsaltinq xidmətinin məhsuludur.
No Comments