“PreMark” yeni layihəyə start verir
PreMark PR və Media Konsaltinq xidməti “Media LAB” adlı yeni layihəyə start verir.
PreMark-ın Media Layihələri üzrə koordinatoru Alim Elbrus yeni layihə ilə bağlı fikirlərini bölüşür:
“Adından da göründüyü kimi “Media LAB” layihəsi media labarotoriyası funksiyasını daşıyır. Yəni, bu layihə hər növ media ideyalarının, yeniliklərin tətbiqinə açıqdır. Layihənin əsas hədəfi biznes qurumları, peşəkarlar və bu sahəyə yeni gələnlər üçün etibarlı onlayn mənbəyə çevrilməkdir.
PR, Marketinq və Menecmentlə maraqlananlar tezliklə “Media LAB”da təlimlər, seminarlar, video dərslər, xarici dillərlə yanaşı Azərbaycan dilində olan ədəbiyyat və məqalələrdən faydalana biləcəklər.”
Qeyd edək ki, “Media LAB” layihəsinin rəsmi İnternet səhifəsi medialab.az-dır.
No Comments