“PreMark” “Avrasiya Gündəliyi” üçün təlim həyata keçirib

“PreMark” “Avrasiya Gündəliyi” üçün təlim həyata keçirib

“PreMark” PR və Media Konsaltinq xidməti  beş dildə (İngilis, Rus, Ərəb, Türk və Azərbaycan)  fəaliyyət göstərən Avrasiya Gündəliyi (“Eurasia Diary”) Beynəlxalq Analitik İnformasiya Portalının kollektivi üçün sosial media təlimi həyata keçirib.

4-8 Avqust tarixləri arasında keçirilən təlimdə iştirakçılara  Sosial Şəbəkələrin Xəbər Portalları üçün rolundan  və sosial media platformasının seçilməsindən  bəhs edilib. Bununla yanaşı, iştirakçılar sosial media alətlərindən istifadə, hədəf auditoriyasının müəyyənləşdirilməsi, sosial media strategiyasının hazırlanması, media qurumlarının sosial media hesablarının analiz edilməsi və hesabatlarının hazırlanması, İnternet marketing kimi məlumatlar da təlimdə öz əksini tapıb.

Qeyd edək ki, Şirkətlər, media qurumları, fiziki şəxslər, hökumət və qeyri hökumət təşkilatları üçün peşəkar PR və Media məsləhətçilik xidməti üzrə ixtisaslaşan PreMark üç ildir ki, PR və Media Məsləhətçilik sahəsində yerli və beynəlxalq qurumlar üçün öz xidmətlərini təklif edir.

[maxgallery id=”1622″]

No Comments

Leave a Reply