“PreMark” rəhbəri Gəncədə təlim keçib

“PreMark” rəhbəri Gəncədə təlim keçib

6 noyabr 2016-cı il tarixində Gəncə şəhərində “Qarabağ Münaqişəsi Müzakirədə” Forumu çərçivəsində təlim baş tutub.

“PreMark” PR və Media məsləhətçilik xidmətinin rəhbəri Azər Nəzərov tərəfindən keçirilən təlimin mövzusu  “Dağlıq Qarabağın tanıdılmasında KİV və Sosial Medianın rolu” olub. İştirakçılara Dağlıq Qarabağ həqiqətlərinin dərindən araşdırılma, problemin mütəmadi dünya ictimaiyyətinin diqqətinə çatdırılma yollarından bəhs edilib. İnteraktiv formada və 80 nəfərin iştirakı ilə keçən təlimdə mövzu ilə əlaqədar sosial media alətlərindən istifadə, düzgün paylaşım strategiyasının qurulması kimi əhəmiyyətli məqamlara da toxunulub.

Qeyd edək ki, təlim Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilib.gence_telim1

No Comments

Leave a Reply