PreMark rəhbəri PR və kommunikasiya mövzusunda təlim keçib
PreMark şirkətinin rəhbəri, PR və media mütəxəssisi Azər Nəzərov Rəqəmsal kommunikasıya strategiyası mövzusunda təlim keçib.
BMT İnkişaf Proqramının dəstəyi ilə həyata keçirilən “Həssas əhali qruplarının sosial-iqtisadi hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində keçirilən təlimdə kommunikasiya strategiyası, böhran strategiyası kimi mövzulara toxunulub.
İnteraktiv formada keçən təlimdə iştirakçılar onları PR və kommunikasiya haqqında maraqlandıran suallar barəsində fikir mübadiləsi aparıblar.
No Comments