“PreMark” gənc jurnalistlər üçün təlim keçdi

“PreMark” gənc jurnalistlər üçün təlim keçdi

24 sentyabrda  “PreMark” PR və Media Konsaltinq xidmətinin rəhbəri  Azər Nəzərov  “Gənc jurnalistlərin Maraq klubu və hüquqi maarifləndirilməsi” layihəsi iştirakçılarına təlim keçib.

Azər Nəzərovun “Universal Media Etikası” mövzulu təlimində jurnalistikanın prinsipləri, jurnalist etikası, mediada müəllif hüquqları, müsahibə zamanı etik kodekslər və s. kimi məsələlər təlim iştirakçılarına çatdırılıb.

Təlimi “ASAN Könüllüləri” təşkilatı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirib.

Qeyd edək ki, PreMark üç ildir, PR və media məsləhətçilik  sahəsində yerli və beynəlxalq qurumlar üçün öz xidmətlərini təklif edir.

telim

telim2


Foto: Elnur Abdulla

No Comments

Leave a Reply