“PR və Crisis Communication” Workshopu

“PR və Crisis Communication” Workshopu

PreMark – PR və Media Consulting Service  Azərbaycanda ilk dəfə “PR və Crisis Communication”a marağı olan hökumət, biznes qurumları, QHT təmsilçiləri və müstəqil PR-çılar üçün  “PR və Crisis Communication” üzrə “Workshop” təşkil edir.

“Crisis Communication” (Böhran zamanı kommunikasiya) gözlənilməz hadisə və ya risk nəticəsində yaranan vəziyyətlərdə şirkətə, məhsula, təşkilata, şəxsə qarşı neqativ fikirlərin dərhal və doğru şəkildə aradan qaldırılmasını təmin edən kommunikasiya strategiyalar toplusudur. Bu işə cavabdeh olan menecer reputasiyanın toxunulmazlığını qorumaq üçün riski əvvəlcədən hesablamalı, qabaqlayıcı tədbirlər görməli və ehtiyac yarandığı halda təxirə salınmaz addımlar atmağı bacarmalıdır.

“Workshop” imic böhranı zamanı idarəetməyə dair ən son beynəlxalq təcrübələrə əsaslanaraq, nüfuzu zədələyə biləcək risklərin hesablanması, proqnozlaşdırılması, təsirinin azaldılması və aradan qaldırılması yollarını  tədris edir.

Wokshop aşağıdakı mövzuları əhatə edir:

İştirakçılar “Crisis communication” planının hazırlanması; Böhranın əvvəlcədən müəyyən edilməsi; Böhrandan sığortalanmaq üçün tələb olunan liderlik bacarıqları; Risk kommunikasiya; Böhran və risk radarı: Vəziyyətin dəyərləndirilməsi; “Crisis communication” resursları; Mənfi rəyi müsbətə doğru dəyişmək üçün taktikalar; “Qara PR”a qarşı effektiv mübarizə yolları; Alternativ müdafiə sistemlərinin yaradılması; Media ilə iş; İctimaiyyətlə iş;  Sosial media və “Crisis communication”; Böhrandan sonrakı fəaliyyət planı; Şirkət nüfuzunun bərpası kimi biliklərə yiyələnəcəklər.

İştirakçılar əldə edəcəklər:

“Workshop”u uğurla bitirənlər sərbəst şəkildə risk və “Crisis communication” strategiyası hazırlaya və bu istiqamətdə fəaliyyət göstərə biləcəklər.

İştirakçılar sertifikat və lazımi materiallarla təmin ediləcəklər.

“Workshop” 12-14 avqust 2016-cı il tarixində keçiriləcək.

3 günlük “Workshop”da iştirak üçün ödəniş 200 AZN təşkil edir.

Qeydiyyat üçün:

İştirak etmək arzusunda olanlar  contact@premark.az  ünvanına CV göndərə və ya 077 516 84 04 nömrəsi ilə əlaqə yarada bilərlər.

Ətraflı məlumat üçün:

Telefon: 077 516 84 04

E-mail: contact@premark.az

Facebook: @premarkaz

Məkan: Z. Əhmədbəyov küç. 13 (Nizami metrostansiyasının yaxınlığı)

 

 

No Comments

Leave a Reply