PR və Böhran kommunikasiyası vörkşopuna qəbul başladı
PreMark – PR və Media Məsləhətçilik Xidməti “PR və Crisis Communication” üzrə vörkşop (workshop) təşkil edir.
“Crisis Communication” (Böhran zamanı kommunikasiya) gözlənilməz hadisə və ya risk nəticəsində yaranan vəziyyətlərdə şirkətə, məhsula, təşkilata, şəxsə qarşı neqativ fikirlərin dərhal və doğru şəkildə aradan qaldırılmasını təmin edən kommunikasiya strategiyalar toplusudur. Bu işə cavabdeh olan menecer reputasiyanın toxunulmazlığını qorumaq üçün riski əvvəlcədən hesablamalı, qabaqlayıcı tədbirlər görməli və ehtiyac yarandığı halda təxirə salınmaz addımlar atmağı bacarmalıdır.
Vörkşop aşağıdakı mövzuları əhatə edir:
- Riskin müəyyən edilməsi və böhran PR/kommunikasiya planının hazırlanması;
- Böhran vəziyyətində imicin idarə edilməsi;
- Nüfuzun qorunması;
- Böhran zamanı media və ictimaiyyətlə işin qurulması;
- Böhrandan sonrakı strategiya.
Vörkşop imic böhranı zamanı idarəetməyə dair ən son beynəlxalq təcrübələrə əsaslanaraq, nüfuzu zədələyə biləcək risklərin hesablanması, proqnozlaşdırılması, təsirinin azaldılması və aradan qaldırılması yollarını tədris edir.
Kimlər iştirak edə bilər?
- Hökumət qurumlarının müvafiq şöbələrinin nümayəndələri;
- Biznes qurumlarının nümayəndələri;
- QHT təmsilçiləri;
- Müstəqil PR-çılar;
- PR barədə məlumatlı olan tələbələr.
Qeyd: İştirakçıların müəyyən PR biliklərinin olması vacibdir.
İştirakçılar əldə edəcəklər:
Vörkşopu uğurla bitirənlər sərbəst şəkildə risk və “Crisis communication” strategiyası hazırlaya və bu istiqamətdə fəaliyyət göstərə biləcəklər.
İştirakçılar sertifikat və lazımi materiallarla təmin ediləcəklər.
Vörkşop 16-18 dekabr 2016-cı il tarixində keçiriləcək.
3 günlük vörkşopda iştirak etmək üçün ödəniş 200 AZN təşkil edir. Bir şirkətdən iki və daha artıq əməkdaş iştirak etdikdə bir nəfər üçün iştirak haqqı 175 AZN, tələbələr üçün isə 150 AZN-dir.
Qeydiyyat üçün:
İştirak etmək istəyənlər contact@premark.az ünvanına CV göndərə və ya 077 516 84 04 nömrəsi ilə əlaqə yarada bilərlər.
Ətraflı məlumat üçün:
Telefon: 077 516 84 04
E-mail: contact@premark.az
Facebook: @premarkaz
Məkan: Z. Əhmədbəyov küç. 29 (Nizami Metrostansiyasının yaxınlığı)
No Comments