“Məsuliyyətli sürücüyə biz cavabdehik” kampaniyası uğurla yekunlaşıb
“Paşa Sığorta”nın 23 noyabrdan etibarən sürücülər arasında keçirdiyi “Məsuliyyətli sürücüyə biz cavabdehik” adlı kampaniya uğurla yekunlaşıb.
Bir ay davam edən kampaniyada 133 nəfər qalib olaraq, PAŞA Sığorta tərəfindən 30%-ə qədər Kasko sığortası ilə mükafatlandırılıb.
Gənclik Mall AVM-də quraşdırılmış stenddə ümumilikdə 385 nəfər sürücü iştirak edərək, xüsusi planşetlərdə Yol Hərəkəti Qaydalarına aid təqdim olunan 10 elektron suala cavab verib məsuliyyətli sürücü adını qazanmağa çalışıb.
Kampaniyada iştirak edən hər bir sürücüyə “PAŞA Sığorta” tərəfindən müxtəlif hədiyyələr təqdim olunub, yarışın qalibləri isə xüsusi mükafatlanlar qazanıblar.
Belə ki, “PAŞA Sığorta” tərəfindən 10 sualdan 10-na doğru cavab verən şəxslərə 30%, 10 sualdan 9-na doğru cavab verən şəxslərə 25%, 10 sualdan 8-nə doğru cavab verən şəxslərə 20%, 10 sualdan 7-nə doğru cavab verən şəxslərə isə 15% Kasko sığortası üçün endirim mükafatı təqdim edilib.
“Paşa Sığorta” tərəfindən həyata keçirilən “Məsuliyyətli sürücüyə biz cavabdehik” adlı kampaniyanın əsas məqsədi sürücülərin Yol Hərəkəti Qaydalarına daha məsuliyyətli yanaşmasını təmin etməkdir.
Qeyd edək ki, PreMark müxtəlif yerli və beynəlxalq qurumlar üçün PR və media məsləhətçilik xidmətləri göstərir. Artıq üç ildir, bu sahədə məhsulun tanıdılması, dövrülülüyü və geniş auditoriyaya çatdırılmasını təmin edir.
No Comments