“Məişət zorakılığına məruz qalan qadınlar sosial mediada”

“Məişət zorakılığına məruz qalan qadınlar sosial mediada”

“PreMark” PR və Media məsləhətçilik xidmətinin əməkdaşları Fərid Hacıyev və Əjdər Hüseynov tərəfindən məişət zorakılığına məruz qalan qadınlar üçün təlim keçirilib.

BMT Azərbaycan ofisinin dəstəyi ilə təşkil olunan “Məişət zorakılığına məruz qalan qadınlar sosial mediada” adlı təlim 7-9 yanvar tarixlərində “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağında baş tutub.

Təlimin keçirilməsində məqsəd sığınacaqda yerləşən qadınların əl işlərini sosial media alətləri vasitəsilə satmaları və sosial rifahlarını yaxşılaşdırmalarına kömək etmək olub.

Təlim müddətində iştirakçılara sosial media alətlərindən düzgün istifadə qaydaları izah edilib. Təlimdə Sosial media alətlərinin biznes üçün istifadə edilməsi; Sosial media platformaları üçün kontentin hazırlanması; Düzgün hədəf auditoriyasının seçilməsi; Müştərilərlə ünsiyyətin qurulması kimi mövzulara da toxunulub.

Sonda, təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, öyrədilənlərin praktik tətbiqi üçün nümunələr göstərilib.

Qeyd edək ki, “PreMark” müxtəlif istiqamətlər üzrə peşəkar PR və Media məsləhətçilik xidmətləri həyata keçirir. İxtisaslaşmış departamentlərdən ibarət olan “PreMark” media ilə əlaqələrin qurulması, həmçinin mediaya ötürüləcək press-relizlərin, təqdimatların hazırlanması, media təlimlərin təşkili, müxtəlif reklam çarxları və tədbir videoları üçün ssenarilərin yazılması, müasir avadanlıqlarla videoların çəkilişi və peşəkar səsləndirmə xidmətlərini də təklif edir.

2

1

No Comments

Leave a Reply