Gəncə və Göy-göl şəhərləri “Olimpiya Hərəkatı”na qoşulur

Gəncə və Göy-göl şəhərləri “Olimpiya Hərəkatı”na qoşulur

[fbvideo link=”https://www.facebook.com/OlympicMovesAZE/videos/546254008903630/” width=”850″ height=”550″ onlyvideo=”1″]

15 dekabr tarixində Gəncə şəhərində Olimpiya Komitəsinin və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkəti, Azərbaycan Milli Olimpiya Komitəsi (MOK), Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Olympic Moves” məktəblilərin kütləvi idman proqramının II mövsümünün təqdimat mərasimi baş tutub. Təqdimat Gəncə və Göygöl şəhər məktəbləri üçün keçirilib.

“Olympic Moves” proqramının əsas məqsədi Olimpiya Oyunlarının sosial və idman irsini davam etdirərək məktəblilər arasında yüngül atletika, velosiped idmanı, basketbol 3×3, badminton və voleybol 2×2 idman növləri üzrə məktəb və şəhər yarışları keçirməklə şagirdləri sağlam və aktiv həyat tərzinə cəlb etmək, həmçinin Olimpiya dəyərlərini təşviq etməkdən ibarətdir. 2015-ci ildə Bakı mətkəblərinin iştirakı ilə başlayan “Olympic Moves” proqramı budəfə təkcə Bakı məktəbləri deyil, Sumqayıt, Göygöl və Gəncə məktəblərini də əhatə edəcək.

Təqdimat mərasimində iştirak edən Milli Olimpiya Komitəsinin nümayəndəsi Vaqif Əliyev, Milli Olimpiya Komitəsinin Marketinq Direktoru Mehman Kərimov  və Gənclər və İdman Nazirliyinin nümayəndəsi Ərşad Nəsibov Azərbaycanda keçirilən bu irimiqyaslı layihə haqqında ətraflı məlumat paylaşıblar. Daha sonra Gəncə şəhər və Göygöl rayon ümumtəhsil orta məktəblərinin direktor və fiziki tərbiyə müəllimlərinin oyunlarla bağlı sualları cavablandırılıb. Həmçinin, “Olympic Moves” proqramının bugünə qədər olan fəaliyyətini işıqlandıran video çarxın nümayişi keçirilib.

Məktəblilərin “Olympic Moves” idman proqramının əsası 2003-cü ildə “Coca-Cola” və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən qoyulub. Proqram məktəblilərin daha fəal və sağlam həyat tərzinə cəlb olunmasına yardım edir. “Olympic Moves” proqramının Azərbaycanda icrasına 2015-ci ildə başlanılıb və bu proqram məktəblilərin idmana cəlb olunmasında əhəmiyyətli rol oynayır.

Qeyd edək ki, “Olympic Moves – 2017” məktəblilərin kütləvi idman proqramının  PR və  kommunikasiya tərəfdaşı  “PreMark”dır.

img_7877

img_1135

img_1013

No Comments

Leave a Reply